Faciəvi şəkildə həlak olan şəhid xanımı dəfn edildi – FOTObackend

Faciəvi şəkildə həlak olan şəhid xanımı dəfn edildi – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünən Kürdəmir rayonunda idarə etdiyi maşını aşıraraq qəzada həlak olan şəhid xanımı Günel Ələsgərova dəfn edilib.

NOCOMMENT.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, şəhid mayor Rəhim Hüseynovun həyat yoldaşı G. Ələsgərova Xəzər rayonu Şüvəlan qəsəbəsində yerləşən qəbiristanlıqda torpağa tapşırılıb. Şəhidin həyat yoldaşı babası, nənəsi və dayısının məzarının yanında dəfn edilib.

Yaxınlarının bildirdiyinə görə, Günel Ələsgərova ilə birgə maşında olan və hadisə yerində həlak olan Emin Tağıyev polkovnik olub. O, şəhid Rəhim Hüseynovun yaxın dostu olub.

Onlar şəhidin ildönümü ərəfəsində Zərdab rayonunda keçirilən anım mərasimində iştirak etmək üçün rayona gedirmişlər. Şəhid R. Hüseynovun sonbeşiyi olan oğlu da maşında olub. Qəza nəticəsində o da xəsarətlər alsa da, hazırda vəziyyəti yaxşıdır.

Hadisədən bir gün əvvəl isə Bakıda şəhid Rəhim Hüseynovun anım mərasimi keçirilib.

İlkin ehtimala görə, G. Ələsgərovanın maşını yüksək sürətlə idarə etməsi nəticəsində baş verib.

Qeyd edək ki, mayor Rəhim Hüseynov ötən il oktyabrın 20-də Qubadlı döyüşləri zamanı şəhid olub. II Fəxri Xiyabanda dəfn olunub. O, ölümündən sonra “Qarabağ” ordeni, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.

Rəhim Hüseynov və Günel Ələsgərovanın 3 azyaşlı övladı olub.