Fahrettin Koca Türkiyədəki yoluxma ilə bağlı son vəziyyəti açıqladıbackend

Fahrettin Koca Türkiyədəki yoluxma ilə bağlı son vəziyyəti açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Türkiyədə daha 18 nəfər koronavirusun qurbanı olub.

NOCOMMENT.az xəbər verir ki, Səhiyyə naziri Fahrettin Koca öz “Twitter” səhifəsində qeyd edib ki, bununla da ölkədə COVID-19-dan ölənlərin sayı 5 115 nəfəri ötüb.

Nazirin sözlərinə görə son sutkada Türkiyədə COVID-19-a 1 374 yoluxma qeydə alınıb. Ümumilikdə koronavirus xəstələrinin sayı 198 613 nəfərə çatıb.

F.Koca qeyd edib ki, son bir gündə 1 214 koronavirus xəstəsi sağalaraq evə buraxılıb. Bununla da infeksiyadan sağalanların sayı 171 809 nəfərə yüksəlib.

Son sutkada COVID-19-la bağlı 51 014 test aparılıb. Hazırda koronavirus testlərinin ümumi sayı 3 331 158-dir.