Fahrettin Koca : “Yoluxma sayında 1000-dən aşağı olmağa qərarlıyıq”backend

Fahrettin Koca : “Yoluxma sayında 1000-dən aşağı olmağa qərarlıyıq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasından daha 19 nəfər ölüb.

NOCOMMENT.az xəbər verir ki, Səhiyyə naziri Fahrettin Koca öz “Twitter” hesabında ölkədə virus qurbanlarının sayının 5382-ə çatdığını bildirib.

Nazir son 24 saatda 46 492 nəfərin koronavirus testindən keçdiyini, onlardan 1008-nin cavabının pozitiv çıxdığını qeyd edib. Qeyd edək ki, Türkiyədə bu gün daha 1156 xəstə sağalaraq ümumi say 195.671-ə çatıb.

F.Koca yoluxmanın əsasən İstanbul, Ankara, Qaziantep, Şanlıurfa və Diyarbakır bölgələrində olduğunu da əlavə edib. Nazir yoluxma sayında 1000-dən aşağı olmağa qərarlı olduqlarını qeyd edib.