Fahrettin Koca yoluxmada artım və azalmanın nədən aslı olduğunu bildirdibackend

Fahrettin Koca yoluxmada artım və azalmanın nədən aslı olduğunu bildirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə son gündə koronavirusdan 21 nəfər həyatını itirib.

NOCOMMENT.az xəbər verir ki, Türkiyənin Səhiyyə naziri Fahrettin Kocanın “Twitter” səhifəsində verdiyi məlumata görə bununla da ölkədə pandemiya qurbanlarının sayı 5 344 nəfərə çatıb.

Nazirin sözlərinə görə son sutkada qonşu ölkədə COVID-19-a 1 016 yoluxma qeydə alınıb. Hazırda Türkiyədə koronavirusa yoluxma hallarının sayı 211 981-dir.

Qeyd edək ki, bu gün 1 344 pasiyent sağalaraq evə buraxılıb. Bununla da Türkiyədə koronavirusdan sağalan pasiyentlərin sayı 193 217 nəfərə çatıb.

F.Koca son 3 gündə Türkiyənin Qars, Çanakkale, Bartın, Artvin, Ardahan, Kütahya və Yalova əyalətlərində azalmanın müşahidə olunduğunu bildirib.

Səhiyyə naziri sonda yoluxmada artım və azalmanın maska və məsafə qaydalarından aslı olduğunu əlavə edib.