Faiq Ağayev peyvənd olundubackend

Faiq Ağayev peyvənd olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xalq artisti Faiq Ağayev insanları peyvənd olunmağa çağırıb.

NOCOMMENT xəbər verir ki, Faiq Ağayev bu haqda sosial şəbəkədə yazıb: “Hamı normal həyata qayıtmaq istəyir. Uşaq bağçaları, məktəblər, ali təhsil ocaqları açıldıqca, ümid yaranır ki, tez bir zamanda digər məhdudiyyətlər də aradan qaldırılacaq.

Bu dəfə hər şey artıq özümüzdən asılıdır. Arzumuza çatmaq, səhhətimizi qorumaq üçün peyvənd olunmaq gərəkdir.

Yaxın günlərdə “Sinovac”ın 2-ci dozasını etdirmək üçün yenə də həkimlərə üz tutacağam. Bununla həm özümü, həm də ətrafdakıları yoluxmadan qoruyacağam. Siz də özünüz, sevdikləriniz, xalqımızın ümumi sağlam gələcəyi naminə canınızın qədrinə qalın, lütfən. Peyvənd edib, salamat yaşayın, əzizlərim”.