Faktiki hava: Bakıda güclü toz dumanı varbackend

Faktiki hava: Bakıda güclü toz dumanı var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda günorta saatlarından etibarən əsən güclü külək havada tozun miqdarını artırıb.

NOCOMMENT xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin saat 16:00 üçün yaydığı faktiki hava məlumatına əsasən, Naxçıvan, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Şəmkir, Tovuz, Ağstafa, Balakən, Şəki, Tərtər, Biləsuvar, Yardımlıda şimşək çaxıb, yağış yağıb.

Şimal-qərb küləyi arabir Naftalanda 34 m/s, Tərtərdə 27 m/s, Bərdədə 20 m/s, Xaçmaz, Ağdamda 18 m/s, Mingəçevirdə 16 m/s, Yevlaxda 15 m/s-dək güclənib.