Narkotik vasitələri hazırlama, saxlama, daşıma ittihamı ilə saxlanılan Famil Xəlilovun cinayət işi üzrə yekun məhkəmə prosesi keçirilib.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Famil Xəlilova 2 il sınaq müddəti seçilməklə 3 il şərti cəza verilib.
Qeyd edək ki, Famil Xəlilov 2024-cü ilin mayın 2-də saxlanılıb. Ona Cinayət Məcəlləsinin 234.4.3-cü (satış məqsədilə külli miqdarda narkotik hazırlama, daşıma, saxlama) maddəsi ilə ittiham irəli sürülüb. Famil Xəlilov ötən ilin dekabr ayında ev dustaqlığına buraxılıb.