Fan-klublar tribunalara qayıtmaq üçün AFFA və PFL-ə müraciət ediblərbackend

Fan-klublar tribunalara qayıtmaq üçün AFFA və PFL-ə müraciət ediblər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qarabağ” və “Neftçi” azarkeşləri Premyer Liqanın son turunda tribunalardakı yerlərini almaq arzusundadır.

NOCOMMENT.az apasport.az-a istinadən xəbər verir ki, bunun üçün “Forza Neftçi” və “İmarət” fan-klubları AFFA ilə PFL-ə birgə müraciət edib.

Onlar çempionluğun taleyinin həll olunacağı qarşılaşmanın azarkeşlərlə daha həyəcanverici olacağını hesab edirlər. Müraciətdə deyilir: “Peşəkar Futbol Liqasından xahiş edirik ki, mövsümün həlledici matçında stadiona məhdud sayda azarkeş buraxılması təmin olunsun! PFL rəhbərliyinin mövsümün ən maraqlı matçının azarkeşsiz baş tutmaması üçün əlaqədar qurumlara müraciət etməsi labüddür!”

Qeyd edək ki, mayın 19-da “Dalğa Arena”da keçiriləcək “Neftçi” – “Qarabağ” görüşü öncəsi ağdamlılar 57 xalla birinci, bakılılar isə 56 xalla ikinci pillədə qərarlaşır. Koronavirus pandemiyası səbəbindən bu mövsümün bütün matçları boş tribunalar önündə keçirilir.