Onlarla fanatik yəhudi köçkünün İsrail qüvvələrinin himayəsi altında Əl-Əqsa məscidinə basqın etdiyi bildirilir.
NOCOMMENT.az xəbər verir ki, Fələstinin rəsmi agentliyi “WAFA”nın xəbərinə görə, hadisə şahidləri yəhudilərin İsrail polisinin ciddi mühafizəsi altında qrup halında Məscidül-Əqsa həyətinə daxil olduqlarını bildiriblər.
Məlumata görə fanatik yəhudi köçkünlər burada təxribat xarakterli yürüşlər keçirib, dini ayinlər icra ediblər.
Qeyd edək ki, İsrail və İordaniya arasında 26 oktyabr 1994-cü il tarixli sülh sazişində qəbul edilmiş status-kvoya görə Məscidül-Əqsa və Qüdsdəki vəqflər. İordaniya Vəqfləri İslam İşləri və Müqəddəslik Nazirliyinə tabe olan Qüds İslam Vəqfləri İdarəsinin himayəsindədir.
NOCOMMENT.AZ