Faşist Njdenin Xocavənddəki heykəli 9 mayadək söküləcək?backend

Faşist Njdenin Xocavənddəki heykəli 9 mayadək söküləcək?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Erməni faşist Qaregin Njdenin Xocavənd şəhərindəki heykəli ilə bağlı qalmaqalın necə sonuclanacağı məlum deyil. Bu günlərdə teleqram kanallarında yayılmış məlumata görə, bir qrup yerli erməni sakin heykəlin üzərinə “heykəli aparan adam vurulacaq” yazılmış təhdid mesajı yerləşdirib.

Digər məlumatına görə, Azərbaycan tərəfi heykəlin götürülməsi üçün 9 maya qədər vaxt verib.

Azərbaycan tərəfi heykəlin götürülməsi üçün Qarabağdakı rusiyalı sülhməramlılara müraciət edə bilərmi?

NOCOMMENT xəbər verir ki, hərbi icmalçı Ədalət Verdiyev modern.az-a bildirib ki, bu məsələ Azərbaycan qədər Rusiyanın da maraqlarına uyğun olmalıdır: “Xocavənddə faşizmin göstəricisi olan heykəlin sökülməsi əslində Azərbaycan qədər də Rusiyanın maraqlarına uyğundur. Çünki bu “abidə” birbaşa olaraq dünyanın lənətlədiyi faşizmin göstəricisi hesab olunur. Buna görə də Azərbaycan tərəfi dəfələrlə onun sökülməsini Rusiya tərəfindən tələb edib. Rusiya Xocavənd rayonunu Azərbaycan ərazisi kimi tanıyıb və Azərbaycan öz ərazisində faşizmə xidmət edən terrorçunun abidəsinin mövcudluğuna dözmək niyyətində deyil. Təbii ki, bu abidənin sökülməsi üçün Azərbaycanın əlində kifayət qədər geniş imkan və resurslar mövcuddur. Lakin Azərbaycan bunu Rusiyanın iştirakı ilə onların sülhməramlı funksiyalarına uyğun olaraq həyata keçirilməsinin tərəfdarıdır”.

Müsahibimiz deyib ki, Rusiya sülhməramlıları abidənin sökülməsi üçün ciddi tədbirlər görməlidirlər: “Düşünürəm ki, Azərbaycan tərəfi bu məsələni yəqin ki, bu gün Ermənistana səfər edəcək Rusiya Xarici İşlər naziri Sergey Lavrovun da diqqətinə çatdırıb. Heykəlin sökülməsi üçün artıq zaman yetişib. Azərbaycan ərazisində yaşayan erməni əhalinin həmin abidənin üzərinə yazıb qoyduğu təhdid dolu mesaj isə Ermənistan cəmiyyətinin son 30 il ərzində faşizim ideyaları ilə zəhərləndiyinin göstəricisi hesab edilməlidir. Lakin bu təhdidlərə baxmayaraq, Rusiya sülhməramlıları həmin abidənin demontaj olunması üçün təcili tədbirlər görüməli və 9 maya qədər abidənin sökülməsini təmin etməlidir. Bu addım iki ölkə arasında davam edən əməkdaşlığa müsbət töhfə vermiş olardı”.