Türkiyəli tanınmış jurnalist Fatih Altaylı azadlığa buraxılıb.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə NTV məlumat yayıb.
Bu ilin iyun ayında həbs edilən jurnalist məhkəmənin qərarı ilə 4 il 2 ay müddətinə azadlıqdan məhrum edilmişdi.
Xatırladaq ki, Fatih Altaylı Türkiyə Prezidentini təhdid etməkdə ittiham olunurdu.













