Məcburi köçkünlərin məskunlaşdıqları düşərgəni tullantı suları basmaq üzrədir.
NOCOMMENT.az xezerxeber.az-a istinadən xəbər verir ki, Fatmayı bağlarında yerləşən “Rabitəçi” sağlamlıq düşərgəsində məcbur köçkünlər məskunlaşıblar. Onlar bu günədək orada mövcud olan kanalizasiya xətlərindən istifadə ediblər. Lakin, indi o xətlərin üstündə yeni bağ evləri tikilib ki, problem də elə burdan başlayıb.
Sakinlər deyirlər ki, aidiyyəti qurumlara müraciətlər nəticə vermir, tullantı suları da günü-gündən artır.
Məsələ ilə bağlı Abşeron icra hakimiyyətindən “Xəzər Xəbər”ə bildirildi ki, ərazi onların səlahiyyətində deyil, alıcının kim olduğu isə onlara da məlum deyil. İri şəhərlərin birləşmiş su təchizatı xidmətindən də həmin düşərgəyə xidmət göstərmədiklərini, oranın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin balansında olduğunu dedilər.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən isə bildirildi ki, adıçəkilən ünvandakı məsələdən məlumatlıdırlar. Problemin tezliklə aradan qaldırılması üçün aidiyyəti qurumla birgə iş aparılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.