Fazil Mustafa iftardan sonra güllələnibbackend

Fazil Mustafa iftardan sonra güllələnib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün axşam saatlarında deputat Fazil Mustafa silahlı hücuma məruz qalıb.

NOCOMMENT.az xəbər verir ki, Modern.az-ın əldə etdiyi məlumata görə, hadisə iftardan sonra baş verib.

Belə ki, deputat dostları ilə birlikdə iftar mərasimində iştirak edib. O daha sonra yaşadığı evə yollanıb. Fazil Mustafa yaşadığı evin qarşısında naməlum şəxs və ya şəxslər tərəfindən güllələnib.

Hadisə Zabrat ərazisində baş verib. İlkin məlumata görə, deputat ayaq və çiyin nahiyəsindən güllə yarası alıb. Əraziyə təcili tibbi yardım çağırılıb.

DİN Mətbuat Ximdətindən bildirilib ki, hazırda əməliyyat-istintaq qrupu hadisə yerindədir. Hücumu törətməkdə şübhəli bilinən şəxsin axtarışı davam edir.