Fazil Mustafa: Toylar qadağan edilib ki, azərbaycanlıların sayı azalsınbackend

Fazil Mustafa: Toylar qadağan edilib ki, azərbaycanlıların sayı azalsın

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bizim məmləkətdə bir il üç aydır toylar qadağan edilib ki, azərbaycanlılar kütləvi şəkildə ailə qurmasınlar. Güdülən nəticə budur: dünyada daha çox azərbaycanlının sayı azalsın!”.

NOCOMMENT xəbər verir ki, bu sözləri millət vəkili Fazil Mustafa özünün feysbuk səhifəsində yazıb.

O, bu azalmanı Ermənistanın basdırdığı minalar nəticəsində dünyasını dəyişən azərbaycanlılarla müqayisə edib: “Anlaşılandır. Ermənilər mina basdırıblar ki, hər hansı bir azərbaycanlı üzərinə çıxsın və partlayış nəticəsində ölsün. Güdülən nəticə budur: az da olsa dünyada azərbaycanlının sayı azalsın!

Anlaşılmazdır. Bizim məmləkətdə bir il üç aydır toylar qadağan edilib ki, azərbaycanlılar kütləvi şəkildə ailə qurmasınlar. Güdülən nəticə budur: dünyada daha çox azərbaycanlının sayı azalsın!

Mənaca bir-birinə dəxli olmayan fərqli-fərqli sillogizmlərdən oxşar nəticələrin çıxmasına, görəsən, məntiqdə necə izah verirlər? Lütfizadənin itkisini indi hiss edirik e… Formal məntiqə uyğun gəlmirik, qeyri-səlis məntiqə də yaxın düşməyə səlisliyimiz imkan vermir. 2039-cu ildə o dövrə qədər pandemiyadan sağ çıxan qocaman müxalifətçilər döşəyəcəklər yazıq səfərbərlik üzrə dövlət rəisinin qabırğasına: belə xəyanət olar, orduya niyə yüz-yüz əlli adam çağırmısan? Duymadıq, oxumadıq deməyin”.