Fazil Mustafanın güllələnməsinə Türkiyədən ilk REAKSİYAbackend

Fazil Mustafanın güllələnməsinə Türkiyədən ilk REAKSİYA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gün Milli Məclisin deputatı Fazil Mustafaya qarşı terror aktı törədilib. Yaşadığı evin qarşısında güllələnən deputat çiyin və ayağından yaralanıb. O, dərhal xəstəxanaya çatdırılaraq, əməliyyat olunub.

NOCOMMENT Modern.az-a istinadən xəbər verir ki, Dövlət Təhlükəsizlik Xidmətinin məlumatına görə, 28 mart 2023-cü il tarixində deputat Fazil Mustafa Sabunçu rayonundakı evinin qarşısında “Kalaşnikov” avtomatından açılan atəş nəticəsində iki güllə yarası alıb. Ona zəruri tibbi xidmətlər göstərilir və vəziyyəti stabil olaraq qiymətləndirilir. Həyati təhlükəsi yoxdur.

Faktla bağlı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 277 (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb.

Terror aktını törətmiş şəxsin və cinayət hadisəsi ilə əlaqəsi olan digər şəxslərin müəyyən olunaraq cinayət məsuliyyətinə cəlb olunması istiqamətində kompleks təxirəsalınmaz əməliyyat-istintaq tədbirləri həyata keçirilir.

Hadisə barədə danışan təhlükəsizlik və terrorla mübarizə üzrə türkiyəli tanınmış mütəxəssis İmbat Muğlu bildirib ki, deputata silahlı hücum edilməsi ciddi mətləblərdən xəbər verir.

“Silahlı basqının arxasında kimlərin durması, hadisənin gerçək səbəbləri araşdırılmalıdır. Bu, çox ciddi hadisədir. Heç kimə sirr deyil ki, İkinci Qarabağ müharibəsində Azərbaycanın qazandığı qələbə qonşu İranı narahat edir. Həm də bu yaxınlarda İranın paytaxtında Azərbaycanın səfirliyinə hücum edilib. Bu hadisələri ciddi şəkildə təhlil edib nəticə çıxarmaq lazımdır. Deputata hücum sıradan hadisə deyil. Parlament üzvünün güllələnməsinə adi hal kimi baxmaq olmaz. Təbii ki, araşdırma aparılacaq, amma bunun arxasında İran və Ermənistanın olduğunu deyə bilərik. Onların əlaltıları Azərbaycanda asayişi pozmağa yönələn çıxışlar etməyə çalışırlar. Bunların qarşısı tez bir zamanda alınmalıdır”, – deyə türkiyəli mütəxəssis vurğulayıb.