Fazil Mustafanın SON DURUMUbackend

Fazil Mustafanın SON DURUMU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Evinin önündə güllələnən millət vəkili Fazil Mustafa hazırda təcili yardım briqadası tərəfindən xəstəxanaya aparılır.

NOCOMMENT.az xəbər verir ki, onun həyati əhəmiyyət kəsb edən orqanlarının ciddi zədələnmədiyi qeyd edilir.

“Fazil Mustafanın vəziyyəti qənaətbəxşdir, həyatı təhlükəsi yoxdur”, – məlumatda bildirilir.

Xatırladaq ki, Fazil Mustafa bir neçə dəqiqə öncə Zabrat qəsəbəsində yerləşən evinin önündə güllələnib. Avtomat silahdan açılan çoxsaylı atəş zamanı millət vəkili yalnız çiyin və ayaq nahiyəsindən güllə yarası alıb.

DİN cinayəti törətməkdə şübhəli bilinən şəxsin axtarışlarını davam etdirir.