FED faiz qərarını AÇIQLADIbackend

FED faiz qərarını AÇIQLADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-da davam edən bank böhranı fonunda FED ilin ən kritik faiz qərarını açıqlayıb.

NOCOMMENT.az xəbər verir ki, ABŞ-ın Federal Ehtiyat Sistemi (FED) uçot dərəcəsini 25 bənd artırıb.

ABŞ-da inflyasiyanın gözlənildiyindən daha sərt olacağına dair siqnallar olsa da, bank sektorundakı böhran FED-in pul siyasəti ilə bağlı gözləntiləri də dəyişdi.

Keçən həftə ABŞ-ın 16-cı ən böyük bankı olan Silikon Vadisi Bankının (SVB) iflası 2008-ci il qlobal maliyyə böhranından sonra ən böyük bank iflaslarından biri olmuşdur.

SVB-dən sonra Nyu-Yorkda yerləşən “Signature Bank” da müflis oldu.

ABŞ Xəzinədarlıq Departamenti, FED və FDIC müflis banklardakı əmanətçilərin bütün pullarına çıxış əldə edəcəyini açıqladı.

NOCOMMENT.AZ