FED sədri: Uyğun olarsa, faiz dərəcələrini daha da artırmağa hazırıqbackend

FED sədri: Uyğun olarsa, faiz dərəcələrini daha da artırmağa hazırıq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Federal Ehtiyat Sisteminin sədri Cerom Pauell lazım gələrsə, faiz dərəcələrini daha da artırmağa hazır olduqlarını ifadə edib.

NOCOMMENT.az xəbər verir ki, Cerom Pauell Kanzas Siti Fed-in ev sahibliyi etdiyi Cekson Hole İqtisadi Siyasət Simpoziumunda pul siyasəti və qiymət sabitliyi mövzusunda çıxış edib.

Mövzusu “Qlobal İqtisadiyyatda Struktur Dəyişikliklər” olan builki simpoziumdakı çıxışında Pauel ötən il olduğu kimi bu il də “inflyasiyanın 2 faizlik hədəfə endirilməsi üçün çalışacaqları” mesajını verəcəklərini qeyd edib.

Keçən il pul siyasətini əhəmiyyətli dərəcədə sərtləşdirdiklərini xatırladan Pauell, inflyasiyanın pik həddən aşağı düşməsinə baxmayaraq, hələ də çox yüksək olduğunu bildirib.

NOCOMMENT.AZ