Kənd Təsərrüfatı Nazirliyinə məxsus “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyətinin vergi borcu üzə çıxıb
NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, sözügedən MMC-nin vergi borcu 35511.98 AZN təşkil edir.
Qeyd edək ki, 2018-ci ildə yaradılan bu MMC-nin nizamnamə kapitalı 5 000 manatdır. Şirkətin qanuni təmsilçisi və direktoru Fəda Abbasovdur.
“Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərir. Nazirliyin rəhbəri Məcnun Məmmədovdur.