Fəhlə və jurnalist kimi onlar da vergi ÖDƏMƏLİDİRbackend

Fəhlə və jurnalist kimi onlar da vergi ÖDƏMƏLİDİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Banklarda olan əmanətlər 2016-cı il fevralın 1-dən etibarən 7 (yeddi) il müddətində vergidən azad edilmişdi. Belə ki, “Vergi Məcəlləsi”nin 102.1.22-ci maddəsinə əsasən, yerli bank və xarici bankın Azərbaycan Respublikasında fəaliyyət göstərən filialı tərəfindən fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirləri, habelə emitent tərəfindən investisiya qiymətli kağızları üzrə ödənilən dividend, diskont (istiqrazların nominalından aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq) və faiz gəlirləri gəlir vergisindən azad idi.

Bu ilin fevralın 1-də fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirlərinə tətbiq olunan vergi güzəştinin müddəti başa çatıb və vaxt uzadılmayıb. Bununla da Azərbaycanda yerli bankların və xarici bankın yerli filiallarının fiziki şəxslərin əmanətləri üzrə ödədiyi illik faiz gəlirlərinin vergiyə cəlb edilməsinə start verilib.

Məlum qərardan sonra bank sferasında durum necədir? Hansı dəyişikliklər müşahidə edilir?

NOCOMMENT.az xəbər verir ki, mövzu ilə bağlı Modern.az-a danışan bank sahəsi üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov güzəşt müddətinin uzadılmamasının doğru olduğunu söyləyib.

“Mən bu qərarı çox müsbət dəyərləndirirəm. Çünki hər kəs öz qazandığı məvacibdən dövlətə vergi verir. Banklarda əmanət olan pullardan niyə vergi tutulmasın? Həmçinin bu vergi fəhləsindən tutmuş jurnalistinə qədər hər kəsdən alınır”,- deyə o bildirib.

1218472

Ə.Həsənov vurğulayıb ki, indiyədək əmanətlərdən gəlir vergisinin tutulmaması təəccüblüdür: “Bu vergilər vasitəsiylə bəzi dövlət işçilərinin maaşları ödənilir. Məsələn, bütün günü bizim asayişimizi qoruyan polislərimizin maaşları da həmin vergilərdən ödənilir. Onsuz da bankda əmanəti olan şəxslərin daimi yüksək gəliri olduğu bəllidir. Yəni onlardan çox da böyük məbləğ kəsilmir. Həmçinin, bankların əmanət edilən pullara verdiyi faiz dərəcəsi bir çox ölkədən daha çoxdur.

Avropa ölkələrinin bir çoxunda əmanətlərə qoyulan faiz dərəcəsi 1 və ya 2-dən artıq olmur. Azərbaycanda isə bu dərəcə kifayət qədər yüksəkdir. Yeni qəbul olmuş qərara diqqət yetirsək, görəcəyik ki, əslində tutulan verginin əmanət sahibinə ciddi təsir göstərmir. Əslində təəccüblü olan bu qərarın indiyə qədər verilməmiş olmasıdır. Çünki hər kəs dövlətə vergi verməlidir. Belə qərarın qəbul olunması ilə banklara qoyulan əmanətlərin də sayında azalma olmayacaq”.