Fələstin: Bütün imkanlarımızı səfərbər etdikbackend

Fələstin: Bütün imkanlarımızı səfərbər etdik

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fələstin xarici işlər nazirinin müavini Əhməd ed-Diyk Fələstinin Türkiyə üçün bütün imkanlarını səfərbər etdiyini bildirib.

NOCOMMENT xəbər verir ki, Fələstin Xarici İşlər Nazirinin müavini Diyk, Kahramanmaraşda baş verən zəlzələlərdə həyatını itirənlərə Allahdan rəhmət, yaralananlara isə şəfa diləyib.

Diyk zəlzələlərdəki itkilərə görə çox təəssüfləndiklərini, lakin bu çətin gündə bütün dünyanın və xüsusilə müsəlman ölkələrinin Türkiyənin yanında olmasından xoşbəxt olduqlarını bildirib: “Fələstin zəlzələnin yaralarının sağalmasında Türkiyəyə dəstək olmaq üçün bütün imkanlarını səfərbər edib”. Diyk, eyni zamanda zəlzələnin ilk anından axtarış-xilasetmə qruplarını göndərdiklərini xatırladıb.

Türkiyənin yaşadığı bu böyük fəlakətin ən qısa zamanda aradan qaldırılması üçün dua edən Diyk, “Bu mövzuda Türkiyəyə güvənirik və inanırıq” dedi.