Fələstin dövlətini birdəfəlik qurmasaq… – Nazirdən AÇIQLAMAbackend

Fələstin dövlətini birdəfəlik qurmasaq… – Nazirdən AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İspaniyanın xarici işlər naziri Jose Manuel Albares Qahirəyə səfəri zamanı İsrail və HƏMAS arasında atəşkəsin vacibliyini vurğulayıb.

NOCOMMENT.az xəbər verir ki, nazir tərəfləri dərhal humanitar fəlakəti dayandırmağa çağırıb:

“Misir də İspaniya kimi dərhal atəşkəs əldə edilməsində və günahsız mülki əhalinin əziyyət çəkdiyi dəhşətli humanitar fəlakətin dayandırılmasında maraqlıdır. Ölən fələstinlilərdir, eyni zamanda hazırda aclıq təhlükəsi altında qalanlar da onlardır. İspaniya Fələstinli Qaçqınlara Yardım Agentliyini maliyyələşdirməyə və dəstəkləməyə davam edəcək.

Əgər İsrail dövləti ilə sülh və əmin-amanlıq içində yan-yana yaşayan Fələstin dövlətini birdəfəlik qurmasaq, bütün sülh səylərimiz boşa çıxacaq. Hesab edirik ki, bu istiqamətdə addımlamağın ən yaxşı yolu mümkün qədər tez bir zamanda Beynəlxalq Sülh Konfransı çağırmaqdır”.

O, bildirib ki, münaqişənin həlli üçün iki dövlətli həll olmadan bütün sülh səyləri boşuna gedəcək.