Fələstin dövlətinin tanınması ilə bağlı təklif Fransa parlamentinə təqdim olunacaqbackend

Fələstin dövlətinin tanınması ilə bağlı təklif Fransa parlamentinə təqdim olunacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransada müxalif “Bəlilməz Fransa” (LFI) Partiyası parlamentə “Fransanın Fələstin dövlətini tanıması” çağırışı ilə çıxış edəcək.

NOCOMMENT.az xəbər verir ki, bunu Fransanın LFI Partiyasının Parlament Qrupunun sədr müavini Panot bildirib.

Panot bildirib ki, onun partiyası Fransanın Fələstin dövlətini tanıması təklifini bu gün parlamentə təqdim edəcək. BMT çərçivəsində tanınmasını tələb edəcəklərini bildirən Panot, Qəzzadan qayıdan fransız həkim heyəti ilə bu gün parlamentdə görüşəcəklərini bildirib.

Qeyd edək ki, Panot Netanyahunun indi də daha əvvəl “qırmızı xətt” meydana gətirən Rəfah şəhərinə hücuma keçdiyini bildirib və bütün birliklərin Rəfahdakı bu hücumların “qan gölünə” çevriləcəyini bəyan etdiyini bildirib.

Sözügedən vəziyyətlə bağlı narahatlığını ifadə edən Panot qeyd edib ki, “Fransa Netanyahunun Qəzzadakı qətliamları dayandırması üçün bu ölkəyə qarşı sanksiya mövzusu haqqında daha yüksək səslə danışmalıdır”.