Fələstin İsrailə təzyiq etməyə çağırırbackend

Fələstin İsrailə təzyiq etməyə çağırır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fələstin Administrasiyası beynəlxalq ictimaiyyətdən Fələstin prezidenti Mahmud Abbasın Qəzza zolağına səfər etməsinə icazə vermək üçün İsrailə təzyiq göstərməyi xahiş edib.

NOCOMMENT.az xəbər verir ki, bunu Fələstinin xarici işlər üzrə dövlət naziri Varsen Ağabekyan-Şahin deyib.

Bundan əvvəl Fələstin hakimiyyəti Abbasın Qəzzaya səfəri üçün İsraildən icazə istəsə də, rədd cavabı alıb. Buna baxmayaraq, Fələstin hakimiyyəti Abbasın Qəzzaya səfərinin təşkili üzərində işi davam etdirmək niyyətindədir.

Bu məqsədlə səfəri hazırlayıb təşkil edəcək xüsusi komissiya yaradılıb.