Fələstin tərəfi prezident Mahmud Abbasın Rusiyaya noyabrın 15-nə planlaşdırılan səfərini təxirə salmağı xahiş edib .
NOCOMMENT.az TASS-a istinadla xəbər verir ki , bunu Rusiya Xarici İşlər Nazirliyi rəhbərinin müavini , Rusiya prezidentinin Yaxın Şərq və Afrika ölkələri üzrə xüsusi nümayəndəsi Mixail Boqdanov bildirib .
“Noyabrın 15-də səfər olmalı idi. Fələstin rəhbərliyinin tələbi ilə bu səfər təxirə salınıb. Onlar qeyd ediblər ki, vəziyyət həqiqətən o qədər ağırdır ki, prezident Abbas bu vəziyyətdə regionu, Ramallahı tərk edə bilməz. Biz onlara dedik ki, təbii ki, biz bu halları başa düşürük”, – diplomat bildirib.