İsrailin anklavın şimal bölgələrinə son kütləvi zərbələri fonunda Qəzza zolağında dərhal atəşkəs tələb edilir.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə Fələstin Xarici İşlər Nazirliyi beynəlxalq ictimaiyyətə müraciət edib.
Departament bu barədə X-də (keçmiş Twitter) bəyanat yayıb.
“Fələstin Xarici İşlər Nazirliyinin son hadisələrə görə tam və birbaşa məsuliyyəti İsrail hökumətinin üzərinə qoymasına baxmayaraq, biz eyni zamanda dünya ictimaiyyətindən dərhal atəşkəsə nail olunmasını və xalqımızın məhv edilməsinin qarşısının alınmasını tələb edirik” – bəyanatda deyilir.
Fələstin Xarici İşlər Nazirliyi həmçinin İsraildən bir il ərzində işğal olunmuş Fələstin ərazilərini tərk etməsi tələbi ilə “BMT Baş Assambleyasının 18 sentyabrda qəbul etdiyi qətnamənin icrasına” çağırıb.