Fələstin Qızıl Aypara Cəmiyyəti Qəzzanın humanitar ehtiyaclarından danışdıbackend

Fələstin Qızıl Aypara Cəmiyyəti Qəzzanın humanitar ehtiyaclarından danışdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Fələstin Qızıl Aypara Cəmiyyətinin sözçüsü Nibal Farsax bildirib ki, Qəzza zolağına çatan humanitar yardım anklav sakinlərinin ehtiyaclarının təxminən 3%-ni əhatə edir, eyni zamanda xəstəxanaların fəaliyyəti üçün su, qida, dərman, təcili yardım maşınları və yanacağa təcili ehtiyac qalmaqdadır. Bu barədə TASS məlumat yayıb.

Onun sözlərinə görə, humanitar yardımla bağlı vəziyyət qeyri-sabitdir, o, cüzi həcmdə gəlir və Qəzza əhalisinin su, qida və dərman ehtiyaclarının cəmi 3%-ni ödəyir.

Farsax əlavə edib ki, cəmiyyətin cəmi 26 işləyən təcili yardım maşını qalıb. Təşkilat nümayəndəsinin sözlərinə görə, Qəzza zolağında 35 xəstəxanadan 12-si ya top atəşi nəticəsində, ya da yanacaq çatışmazlığı səbəbindən sıradan çıxıb.