Fələstin səfiri: İsrailin quru əməliyyatı digər ölkələri də münaqişəyə cəlb edəcəkbackend

Fələstin səfiri: İsrailin quru əməliyyatı digər ölkələri də münaqişəyə cəlb edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az xəbər verir ki, Fələstinin Rusiyadakı səfiri Abdel Hafiz Nofəl TASS-a bildirib ki, İsrailin Qəzza zolağında quru əməliyyatı digər dövlətlərin də müharibəyə cəlb olunması riski daşıyır.

O qeyd edib ki, İsrailin quru əməliyyatına başlayacağı təqdirdə bunun dinc sakinlər üçün çətin və çox təhlükəli olacağını çoxdan deyib.

“Bu, başqa dövlətlərin də müharibəyə cəlb olunmasına səbəb ola bilər. Ümid edirik ki, quru əməliyyatı olmayacaq, çünki mülki əhali çox əziyyət çəkəcək”, – Fələstin diplomatik nümayəndəsi bildirib.

Səfir ümid edir ki, BMT-də Təhlükəsizlik Şurasının qətnaməsinin qəbulu ilə başa çatan dünənki səsvermədən sonra “hər şey yaxşı olacaq”.

“İsrailin nə vaxt quru əməliyyatına başlayacağını bilmirik, onlar hücum edir və öz növbəsində hər gün vəziyyəti çətinləşdirir”, – deyə o, yekunlaşdırıb.