Fələstin tərəfdarları İsraili dəstəkləyən supermarketlər şəbəkəsini  boykot edibbackend

Fələstin tərəfdarları İsraili dəstəkləyən supermarketlər şəbəkəsini boykot edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransada Fələstin tərəfdarları İsraili dəstəkləyən supermarketlər şəbəkəsinin boykot edilməsini tələb ediblər.

NOCOMMENT xəbər verir ki, Fransanın paytaxtı Parisətrafı Montreuil, Saint-Denis və Auberviliers şəhərlərində Fələstin tərəfdarları İsraili dəstəklədiyini dedikləri beynəlxalq supermarketlər şəbəkəsinin filiallarının qarşısına toplaşaraq boykot çağırışı ediblər.

Auberviliersdəki ticarət mərkəzinin qarşısına toplaşan fələstinli tərəfdarlar beynəlxalq ərzaq şəbəkəsinin İsrail ordusuna pulsuz çatdırılması səbəbindən boykota başladıqlarını açıqlayıblar.

Nümayişçilər alış-verişə gələnləri ruhdan salmaq üçün “İsrailin Fələstində törətdiyi qırğınları” izah edən və insanları maariflənməyə çağıran vərəqələr paylayıblar.

Bazarın yerləşdiyi ticarət mərkəzinin mühafizəçiləri fələstinli tərəfdarları ərazidən uzaqlaşdırıblar.