Fələstin: Türkiyə ilə əl-ələyikbackend

Fələstin: Türkiyə ilə əl-ələyik

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fələstinin Vəqflər və Din İşləri naziri Hatəm əl-Bekri ölkəsinin zəlzələnin fəsadlarına qarşı əlindən gələn dəstəyi verdiyini və Türkiyənin ən qısa zamanda zərər çəkmiş ərazilərin bərpasını həyata keçirəcəyinə inandığını bildirib.

NOCOMMENT xəbər verir ki, Bekri, verdiyi açıqlamada, Fələstinin Kahramanmaraş mərkəzli zəlzələlərin ilk günündən Türkiyə və Suriyaya kömək üçün hərəkətə keçdiyini ifadə etdi.

Fələstin Vəqflər və Dini İşlər Nazirliyinin prezident Mahmud Abbas və baş nazir Məhəmməd Ştiyyanın göstərişi ilə zəlzələdən zərər çəkənlərə yardım kampaniyasına başladığını xatırladan Bekri, ianələrlə məscidlərdə və nazirliyin bank hesablarında təxminən 2 milyon dollar yığıldığını qeyd etdi.

Bekri Türkiyənin qurumları ilə koordinasiyada 20 min yataq çantasının hazırlandığını və yaxın günlərdə zəlzələdən zərərçəkənlərə göndəriləcəyini bildirib.