Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus, oktyabrın 7-dən bəri işğal olunmuş Fələstin torpaqlarında sağlamlıq mərkəzlərinə 218 hücumu təsdiqlədiklərini qeyd edib.
NOCOMMENT.az xəbər verir ki, ÜST-nin həftəlik mətbuat konfransında danışan Qebreyesus İsrail ilə Fələstin arasında oktyabrın 7-də başlayan münaqişələr nəticəsində 10 mindən çox insanın həyatını itirdiyini, Qəzzada 8500-dən çox, İsraildə isə 1400-dən çox insanın həyatını itirdiyini bildirib.
Qebreyesus, “Qəzzada 21 mindən çox insan yaralanıb, 1 milyon 400 mindən çox insan isə evindən didərgin düşüb. Qəzzada sahədəki vəziyyət təsvir olunmazdır. Xəstəxanalar dəhlizlərdə uzanan yaralılarla doludur, meyitxanalar dolub. Həkimlər anesteziya olmadan əməliyyatlar aparırlar”.