Fələstində baş verənlər FƏLAKƏTDİRbackend

Fələstində baş verənlər FƏLAKƏTDİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu yaxınlarda elan edilən təşəbbüslərin Qəzza zolağında “ciddi və tez” atəşkəsə gətirib çıxaracağına ümid edirik”.

NOCOMMENT.az xəbər verir ki, bunu Fələstinin baş naziri Məhəmməd Mustafa İordaniyanın Baş naziri Bişer əl-Xasauna ilə görüşündə deyib.

O, Fələstində baş verənləri bəşəriyyətin fəlakəti adlandırıb:

“Qəzzada hər gün qan tökülür. Humanitar məsələ sözün əsl mənasında fəlakətlidir. Dünya istəsə idi belə qırğın baş verməzdi. Atəşkəsə çatana qədər bütün uzun müddət keçdi. Ümid edirik ki, bu yaxınlarda elan edilən təşəbbüslərdə həqiqətən ciddi və tez atəşkəs olacaq”.

Baş nazir dağıntılar haqqında da danışıb:

“Dağıntıların miqyası böyükdür. Yenidənqurma üçün hazırlıq əsasında işlərimizi tənzimləməyə başlamalıyıq. Lakin biz də səviyyəni yüksəltmək üçün Qəzza və İordan çayının qərb sahilindəki Fələstinin milli qurumlarını geri qaytarmaq və birləşdirmək istəyirik”.