Fələstindəki problemlərin əsas günahkarları hansı dövlətlərdir?backend

Fələstindəki problemlərin əsas günahkarları hansı dövlətlərdir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın dini rəhbəri Ayətullah Əli Xamenei Fələstindəki problemlərin əsas günahkarlarının Birinci Dünya Müharibəsindən sonra Asiyada Osmanlı imperiyası torpaqlarını bölüşdürən Qərb dövlətlərinin olduğunu söylədi.

NOCOMMENT.az xəbər verir ki, Qüds Günü ilə əlaqədar çıxış edən Xamenei deyib: “Birləşmiş Millətlər Təşkilatı (BMT) və beynəlxalq insan haqları təşkilatları Fələstin və Yəməndə müsəlmanların qorunması ilə bağlı vəzifələrini yerinə yetirmirlər. ABŞ-ın əsas siyasətlərindən biri İsrailin bölgədəki mövcudluğunu normallaşdırmaqdır. Bölgədə Amerikanın kölələri kimi davranan bəzi ərəb dövlətləri də bu yolu açaraq İsraillə iqtisadi əlaqələr və bənzər işlər görür. Anlamırlar ki, sionist rejim ölümcül bir xərçəngdir. Bölgəyə zərərli yer isə sözsüz ki, aradan qaldırılacaq.

Fələstində uzun müddətdir yaşanan faciənin əsas günahkarları Birinci Dünya Müharibəsindən sonra Asiyada Osmanlı imperiyasının torpaqlarını bölüşən İngiltərənin başçılıq etdiyi Qərb dövlətləridir. Bəli, bu bitməyən faciənin əsas günahkarları Qərb hökumətləri və onların şeytancasına olan siyasətləridir.

İsrail İkinci Dünya Müharibəsindən sonra bölgədəki ölkələrin diqqətsizliyindən istifadə edərək meydana gəldi. Qərb ölkələri Fələstinə, sonra isə bütün bölgə ölkələrinə vurmağa başladılar.

Fələstin məsələsinin həlli ölkədəki bütün dini və etnik qrupların ümumi səsverməsi yolu ilə həll edilməlidir.”

TRT Azərbaycan