Fələstindən İsrail və Həmas arasında atəşkəs razılaşmasına REAKSİYAbackend

Fələstindən İsrail və Həmas arasında atəşkəs razılaşmasına REAKSİYA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fələstin hakimiyyəti İsraillə Fələstinin İslamçı HƏMAS hərəkatı arasında atəşkəs və girovların azad edilməsinə dair razılaşmanı alqışlayıb. 

NOCOMMENT.az  xəbər verir ki, müvafiq bəyanatla Fələstin Azadlıq Təşkilatının İcraiyyə Komitəsinin katibi və Fələstin Milli Administrasiyasının (PNA) mülki işlər naziri Hüseyn əl-Şeyx çıxış edib.

“Mahmud Abbas və Fələstin rəhbərliyi humanitar atəşkəs razılaşmasını alqışlayır. Qətər və Misirin buna nail olmaq üçün göstərdiyi səyləri yüksək qiymətləndirir”, – deyə əl-Şeyx X səhifəsində yazıb.