Fələstinin prezidenti Türkiyəyə səfər edəcəkbackend

Fələstinin prezidenti Türkiyəyə səfər edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fələstin Dövlətinin Prezidenti Mahmud Abbas gələn həftə Türkiyəyə səfər edəcək.

NOCOMMENT.az xəbər verir ki, səfər barədə Fələstin Dövlətinin xarici işlər naziri Riyad Əl-Maliki Türkiyənin Antalya şəhərində keçirilən III Diplomatiya Forumu çərçivəsində bildirib.

Martın 5-də baş tutacaq səfər zamanı Qəzza zolağı ətrafındakı vəziyyət müzakirə ediləcək.

Xatırladaq ki, ötən ilin 7 oktyabrında HAMAS İsrailin cənubuna hücum edib və bu hücum nəticəsində 1200-dən çox israilli qətlə yetirilib.