Fələstinli axtarış-xilasetmə qrupu Türkiyədə!backend

Fələstinli axtarış-xilasetmə qrupu Türkiyədə!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fələstin hökumətinin 73 axtarış-xilasetmə və tibbi personaldan ibarət komandası Türkiyə və Suriyaya çatıb.

NOCOMMENT xəbər verir ki, dünən İordaniya üzərindən yola düşən qruplar arasında 30 xilasedicinin Türkiyəyə, 44 xilasedicinin isə Suriyaya gəldiyi bildirilib.

Fələstinin axtarış-xilasetmə qrupu Fələstin prezidenti Mahmud Abbasın göstərişi ilə İordaniya üzərindən Türkiyə və Suriyaya yola düşüb. Türkiyəyə gələn fələstinli xilasedicilər bu gündən etibarən zəlzələ bölgələrinə gedərək xilasetmə işlərinə başlayıb.