“Fənərbaxça”dan “Zimbru”ya fərqli tarif – Yeni transferlər partlatdıbackend

“Fənərbaxça”dan “Zimbru”ya fərqli tarif – Yeni transferlər partlatdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə təmsilçisi “Fənərbaxça” UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununda Moldovanın “Zimbru Kişinyov” komandasını qəbul edib.

NOCOMMENT.az xəbər verir ki, “Fənərbaxça” mövsümün ilk rəsmi oyununu öz meydanında, azarkeşləri önündə keçirib.

“Ülkər” stadionunda oynanan və başdan sona “Fənərbaxça” nın üstünlüyü ilə keçirilən qarşılaşma sarı-göylülərin 5-0 hesablı qələbəsi ilə başa çatıb.

Fənərbaxçaya qələbə qazandıran qolların ilkini 11-ci dəqiqədə Ferdi Kadıoğlu, ikincini isə 13-cü dəqiqədə səhnəyə çıxan yeni transfer Rayan Kent vurub.

Mübarizənin 61-ci dəqiqəsində sarı-göylülərin yeni transferi Edin Dzeko fərqi 3-ə çatdırıb. Daha sonra dəqiqələr 63-ü göstərərkən, “Fənərbaxça”nın digər yeni transferi Sebastian Şimanski səhnəyə çıxaraq hesabı 4-0 edib.

88-ci dəqiqədə Norveçli hücumçu Joshua King vurduğu qolu ilə matçın nəticəsini müəyyən edib: 5-0!

Qarşılaşmanın cavab oyunu çərşənbə axşamı, avqustun 1-də Moldovanın paytaxtı Kişinyovdakı “Zimbru” stadionunda keçiriləcək.