Fənərbaxça stadionunun adını dəyişir?backend

Fənərbaxça stadionunun adını dəyişir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fənərbaxçanın stadionunun yeni adı Fənərbaxça Atatürk Stadionu olacaq. Nizamnamə Dəyişikliyi Konqresinə qatılan 8582 üzvün hamısı idarə heyətinə stadionun adını Fənərbaxça Atatürk Stadionu olaraq dəyişdirmək səlahiyyəti verib.

NOCOMMENT.az xəbər verir ki, Səsvermə başlamazdan əvvəl söz alan Ali Koç böyük bir klubun stadionunun adının Atatürk olmasının Fənərbaxçaya yaraşacağını bildirib və “Stadionumuzun adı Atatürkümüzün adını daşımalıdır deyə qeyd edib.

“Əgər böyük klublardan birinin stadionuna adına Atatürk stadionu qoyulacaqsa, bu, ən çox bizə yaraşar. Əgər razılıq alsaq, lazımi hüquqi proseslər başlanacaq. Dövlətimizin qapısını döyəcəyik. Mənim heç bir icazəm yoxdur, bizi başa düşəcəklərinə şübhə etmirəm. Ümid edirəm ki, yanılmıram” deyə o bildirib.