“Fənərbaxça” və “Beşiktaş”ın rəqibləri bəlli oldubackend

“Fənərbaxça” və “Beşiktaş”ın rəqibləri bəlli oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

UEFA Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Fənərbaxça” və “Beşiktaş”ın rəqibləri müəyyənləşib. 

NOCOMMENT.az xəbər verir ki, “Fənərbaxça” Moldovanın “Zimbru” komandası ilə, “Beşiktaş” isə Albaniyanın “Tirana” komandası ilə qarşılaşacaq.

“Fənərbaxça”nın UEFA Avropa Konfrans Liqasının ikinci təsnifat mərhələsindəki rəqibi “La Fiorita”nı 1:0 hesabı ilə məğlub edən Moldovanın “Zimbru” komandası olub.

Fənərbaxça ilk matçını 26 İyul Çərşənbə günü Ülker Stadionunda “Zimbru” ilə keçirəcək. Cavab oyunu çərşənbə axşamı, avqustun 1-də Moldovada keçiriləcək.

Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Beşiktaş”ın rəqibi “Dinamo Batumi”ni 2:1 hesabı ilə məğlub edən “KF Tirana” olub.

“Beşiktaş” və “KF Tirana” 27 iyul cümə axşamı günü “Beşiktaş”ın qonağı olacaq. Cavab oyunu avqustun 3-də, Cümə axşamı, “KF Tirana”nın doğma meydanında oynanılacaq.