Fərdi evlərlərlə bağlı yeni xəbər: “Qiymətlər kəskin artacaq”backend

Fərdi evlərlərlə bağlı yeni xəbər: “Qiymətlər kəskin artacaq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2024-cü ildə Azərbaycanda fərdi evlərin qiyməti artacaq.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Qaynarinfo-ya əmlak eksperti Elnur Əsədov məlumat verib.

Ekspert hesab edir ki, fərdi evlərin tikintisi ilə bağlı təkliflər az olan ərazilərdə qiymət artımı qaçılmazdır. Elnur Əsədovun sözlərinə görə, turistlərin aktiv axını olan rayonlarda çıxarışla təmin olunmuş torpaq sahələrinin sayı məhduddur:

“Həmçinin oktyabr ayında qanunda müəyyən dəyişikliklər olunub. Sənədsiz və qanunvericiliyin tələblərinə uyğun olmayan torpaq sahələrində artıq fərdi evlərin tikintisi mümkün olmayacaq. Çıxarışla təmin olunmuş torpaqların qiymətində isə artım qaçılmazdır”.

Elnur Əsədovun fikirincə, ilin sonuna kimi fərdi evlərin qiymətində 15% artım gözlənilir.