Fərəh Pəhləvi İran hakimiyyətinə müraciət etdibackend

Fərəh Pəhləvi İran hakimiyyətinə müraciət etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran şahı Məhəmməd Rza Pəhləvinin dul arvadı Fərəh Pəhləvi bir neçə gündür İranı silkələyən etirazlarla bağlı müraciət yayıb.

Fərəh Pəhləvi müraciətində bütün ölkəni sarsıdan 22 yaşlı Məhsa Əmininin qətlini pisləyib.

NOCOMMENT.az xəbər verir ki, o, İrandakı hadisələri “həyacan və ümidlə” izlədiyini qeyd edib:

Azadlıq uğrunda mübarizə aparan həmvətənlərimin və Məhsa Əmininin qətli ürəyimi parçalayır”.

Fərəh Pəhləvi qeyd edib ki, o, İrandakı etiraz hərəkatını dəstəkləyir: “Mən İranın necə ayağa qalxdığını görürəm və sizin cəsarətiniz və fədakarlığınızla fəxr edirəm”.

O, həmçinin polisə, İran ordusuna zorakılığı dayandırmağa, “əllərinizi ölkə gənclərinin qanına bulaşdırmamağa” çağırışı ilə müraciət edib.
Moderator