Fərid Qayıbov Binə Atçılıq Mərkəzindəbackend

Fərid Qayıbov Binə Atçılıq Mərkəzində

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) fəaliyyəti ilə tanış olub.

Nazirliyin mətbuat xidmətindən NOCOMMENT.az-a verilən məlumata görə, F.Qayıbov əvvəlcə Binə Atçılıq Mərkəzində yaradılmış şəraitlə maraqlanıb, idmançıların məşq prosesini izləyib.

Federasiyanın baş katibi Bəhruz Nəbiyev ARAF-ın fəaliyyəti və bu idman növünün inkişafı üçün görülən işlər barədə məlumat verib.

Nazir çövkən, polo və cıdır yarışlarının keçirildiyi qapalı və açıq manejlərə baxıb, burada atçılıq idman növünün inkişafı üçün yaradılmış şəraitlə maraqlanıb.