Fərid Qayıbov Pekində olimpiyaçılarla görüşdübackend

Fərid Qayıbov Pekində olimpiyaçılarla görüşdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gənclər və İdman Naziri Fərid Qayıbov Pekin-2022 Olimpiya Oyunlarında Azərbaycanı təmsil edən idmançılar – Vladimir Litvintsev və Yekaterina Ryabova ilə görüşüb.

Milli Olimpiya Komitəsindən NOCOMMENT.az -a verilən məlumata görə, görüşdə şef de-mission Anar Bağırov, nümayəndə heyətinin üzvü Ceyhun Rəhmanov da iştirak edib.

F.Qayıbov fevralın 15-də qısa proqramda çıxış edəcək Ryabovaya uğurlar arzulayıb.

Qeyd edək ki, Vladimir Litvintsev Pekin-2022-də 18-ci yeri tutub. Olimpiadaya fevralın 20-də yekun vurulacaq.