Ferstappen Qətər Qran-prisinin sıralama turundakı qələbəsindən məhrum edilibbackend

Ferstappen Qətər Qran-prisinin sıralama turundakı qələbəsindən məhrum edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Red Bull” komandasının niderlandlı pilotu Maks Ferstappen “Formula 1” avtomobil yarışları üzrə dünya çempionatının 23-cü mərhələsi – Qətər Qran-prisinin sıralama turunda bir mövqe cərimələnib.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə yarışın mətbuat xidməti məlumat yayıb.

Ferstappen sıralama turunda qalib gəlib, “Mercedes”dən olan britaniyalı Corc Rassel ikinci, “McLaren”də çıxış edən həmyerlisi Lando Norris üçüncü yeri tutub.

Sürüşlərin başa çatmasından sonra aparılan araşdırma nəticəsində niderlandlı pilot əsassız yavaş sürmə səbəbindən cərimələnib. Üçüncü seqment zamanı Ferstappen son sürətli dövrəsinə hazırlaşarkən Rassel ona çatıb və ötmə əməliyyatı həyata keçirməli olub. Britaniyalı pilot bunun onun yekun vaxtına təsir edə biləcəyini düşünüb.

Sıralama turunun qalibi Rassel elan edilib, Ferstappen dekabrın 1-də keçiriləcək yarışa ikinci mövqedən start götürəcək.

Niderlandlı pilot ötən mərhələnin nəticələrinə görə vaxtından əvvəl ümumi hesabı qazanıb və dördqat dünya çempionu olub.