ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın administrasiyasının təklifləri Fələstin xalqının hüquqlarının nəzərə alınmadığı təqdirdə rədd ediləcək.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Fələstinin Fəth hərəkatının rəsmi nümayəndəsi Əbdülfəttah Əd-Daula “İzvestiya” qəzetinə müsahibəsində bildirib.
O qeyd edib ki, Vaşinqton İsraili dəstəkləməklə bağlı mövqeyini dəyişməlidir. Fəth sözçüsü paytaxtı Şərqi Qüdslə 1967-ci il sərhədləri daxilində Fələstin dövlətinin yaradılmasının zəruriliyini vurğulayıb.
Əbdül Fəttah Əd-Daula diqqət çəkib ki, Trampın siyasəti Fələstin xalqının hüquqlarını inkar etməyə və işğalçılıq siyasətini dəstəkləməyə davam edərsə, uğur qazana bilməyəcək.