Charters kimi tanınan nizamnamə məktəbləri ABŞ-da Fətullahçı Terror Təşkilatının ən böyük maliyyə mənbəyidir.
NOCOMMENT xəbər verir ki, terror təşkilatı fəaliyyət göstərdiyi məktəblər üçün hər il ABŞ-dan təxminən 800 milyon dollar maliyyə alır.
ABŞ kirayədən tutmuş işçilərin maaşlarına qədər bir çox şeyi əhatə edir. FETÖ-nün nizamnamə kimi tanınan müqaviləli məktəbləri ABŞ-ın ən mühüm maliyyə qaynaqlarından biridir.
ABŞ-ın müxtəlif ştatlarında FETÖ-nün idarə etdiyi yüzlərlə məktəb var. Ştatlar arasında Texas, Ohayo, Kaliforniya və Nyu Cersi kimi bölgələr ön plana çıxır. Hər bir məktəb terror təşkilatı üçün iqtisadi əhəmiyyət kəsb etdiyi halda, ABŞ hökuməti yalnız Nyu Cersi və buna bənzər məktəblər üçün illik 60 milyon dollar vəsait ayırır.