FETÖ-nün tender korrupsiyalarıbackend

FETÖ-nün tender korrupsiyaları

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

FETÖ-nün “bələdiyyələrdən məsul müdir” adlandırılan Erkan Karaarslanın həyata keçirdiyi qanunsuz tender prosesləri üzə çıxıb.

NOCOMMENT.az xəbər verir ki, Küçükçekmece Respublika Baş Prokurorluğu, Karaarslanın nəzarət etdiyi şirkətlərlə bağlı ümumilikdə 80 dövlət tenderini aldığını müəyyən edib.

Araşdırmaya görə, Karaarslanın nəzarətində olan 9 şirkət ümumilikdə 80 dövlət tenderini alıb.

Qazanılmış təkliflərin alınma üsulu eynidir. Məsələn, Karaarslana aid şirkətlər Avcılar Bələdiyyəsi tərəfindən ünvana çatdırılma şərtləri ilə yaradılan 6 tenderdə qalib gəlib.

Sarıyer və Beylikdüzü Bələdiyyəsi tərəfindən edilən tenderlərin də eyni şəkildə təşkil edilərək şübhəli Erkan Karaarslana verildiyi müəyyən edilib.

NOCOMMENT.AZ