Fətullah Gülən varisinin adını açıqladı: FETÖ-də savaş başladıbackend

Fətullah Gülən varisinin adını açıqladı: FETÖ-də savaş başladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

17-25 dekabr və 15 iyul əməliyyatlarından sonra fətullahçı terror təşkilatı – FETÖ-də başlayan böyük çöküş davam edir.

NOCOMMENT teleqraf-a istinadən xəbər verir ki, FETÖ lideri Fətullah Gülənin səhhəti pisləşib.

Gülənin bu durumu terror təşkilatı daxilində liderlik, hakimiyyət və pul uğrunda savaşı gücləndirib.

1966-cı ildə İzmir Kestanepazarında Fətullah Gülən tərəfindən Məhmət Əli Şəngül, Abdullah Aymaz, İsmayıl Böyükçələbi və Məhmət Özyurtla birlikdə qurulan FETÖ terror təşkilatı çökmək üzrədir. 15 İyuldan bəri 99 mindən çox əməliyyatla kadr və maliyyə mənbələrini itirən təşkilatda daxili savaş başlayıb. Gülənin fiziki və zehni qabiliyyətlərinin itirilməsi ilə başlayan liderlik mübarizəsi bu savaşı daha da dərinləşdirib.

Xaricə qaçan liderlər Gülənin ölümündən sonra lider olmaq üçün sərmayə yatırımlarını və ətrafındakı qruplaşmaları genişləndirməyi sürətləndiriblər. Türkiyənin təhlükəsizlik orqanları tərəfindən hazırlanan hesabatlara görə, təşkilat artıq “Traditionalists”, “Mustafa Özcan” (MÖZ), “Barbaros Koca Kurtçu” və “Dengeciler” olaraq 4 ayrı qrupa bölünüb.

Təşkilat içərisində ən çox diqqətçəkən qrup Gülənin özünün qurduğu “Ənənəçilər”dir. Terrorbaşı “Bu üç şəxs haqda danışarkən diqqətli olun” deyərək liderlik yarışında “qədim qardaşlar” Məhmət Əli Şəngül, Abdullah Aymaz və İsmayıl Böyükçələbini liderlik yarışında önə çıxarıb. Gülən, eyni zamanda Böyükçələbini varis elan edib. Gülən özünün “qara qutusu” olaraq tanınan Böyükçələbi haqda bunları deyib: “Hər ölümlü kimi öləcəyik. Amma hərəkatın başında kimsə olmalıdır, mən İsmayıl Əfəndini (İsmayıl Böyükçələbi) uyğun görürəm, mənim iradəmə bənzəyir, belədir”.