Fevralın 6-da işıq kəsiləcək – Bu ərazilərdəbackend

Fevralın 6-da işıq kəsiləcək – Bu ərazilərdə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şərur şəhərinin bəzi hissələrinə elektrik enerjisinin verilişində fasilə olacaq.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb.

Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) tərəfindən fevralın 6-da planlı təmir-bərpa işləri aparılacaq.

Təmir işləri ilə əlaqədar 110/35/10 kV-luq Şərur şəhər yarımstansiyasından qidalanan 3 nömrəli 10 kV-luq şəhər elektrik xəttində aparılan işlər səbəbindən saat 14:00-dan 16:00-dək Şərur şəhərinin Kapitan Seyidov, Səməd Vurğun və Mikayıl Müşfiq küçələrinə elektrik enerjisinin verilişi dayandırılacaq.