Feysbuk gələn həftə adını dəyişdirəcəkbackend

Feysbuk gələn həftə adını dəyişdirəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Feysbuk şirkəti gələn həftə adını dəyişdirməyi planlaşdırır.

NOCOMMENT.az xəbər verir ki, bu barədə məlumat “Verge” adlı portalda dərc edilib.

“Facebook” “metakainat” qurmağa olan diqqətini əks etdirmək üçün gələn həftə adını dəyişdirməyi planlaşdırır”, – portalın saytında deyilir.

Feysbukun rəhbəri Mark Zukerberqin sözlərinə görə, yaşamaq və şəhər mərkəzindən uzaqda işləmək istəyən “metakainat” yaradıcılıq peşələrinin sahiblərinə, həmçinin təhsil və ya istirahət obyektlərinə girişin məhdudlaşdırıldığı əyalətlərdə yaşayan insanlara böyük imkanlar verəcək.

Xatırladaq ki, iyulda Mark Zukerberqin virtual dünya hazırlamaq planlarının ciddiləşdiyi məlum olub. Qeyd edilir ki, istifadəçilər bu dünyada bir-birini görüb eşitməklə yanaşı, həm də fiziki olaraq da hiss edə biləcəklər. Şirkət layihə ilə məşğul olacaq komandanı da elan edib, yeni mühəndislərin cəlb olunduğunu açıqlayıb. Avqustda feysbuk, videokonfrans və ya “Oculus VR” qulaqlıqdan istifadə etməklə bağlana bilən virtual “Horrison Workrooms”u təqdim edib.

Report.az